Struktur: Daxili audit departamenti
İş şəraiti
- İş yeri: Bakı şəhəri, S.Vurğun k.60
- İş rejimi: Tam ştat, Bazar ertəsi – cümə - saat 09.00-18.00
- Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Mövcud proseslərin qanunvericilik və daxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
- Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
- Şirkətin daxili nəzarət sistemlərini qiymətləndirmək;
- Audit planının hazırlanması və həyata keçirilməsi;
- Tapıntıların təhlili və hesabatların tərtibi;
- Risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi ilə bağlı tövsiyələrin verilməsi;
- Şirkət siyasətləri və prosedurlarına uyğunluğun yoxlanılması;
- Aparılmış yoxlamalara dair hesabatların hazırlanması
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit və ya əlaqəli sahədə) ;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Beynəlxalq sertifikatlara üstünlük verilir (məsələn, CIA, ACCA və s.) ;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dili biliyi arzuolunandı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.