İş barədə məlumat:
- Ofisə gələn qonaqların qarşılanması və qaydalara uyğun xidmət göstərilməsi. Ehtiyac olduqda çay, kofe, su təqdim olunması.
- Telefon zənglərinin və mesajların cavablandırılması, xidməti məlumatların qeydə alınaraq rəhbərliyə və müvafiq əməkdaşlara vaxtında ötürülməsi.
- Şirkətdaxili sənəd dövriyyəsinin təmin edilməsi (daxil olan və gedən yazışmaların qeydiyyatı, hesabatların aparılması, sənədlərin qorunması və arxivləşdirilməsi).
- İşgüzar yazışmaların həyata keçirilməsi.
- Rəhbərliyin tapşırığına əsasən məktub, sorğu və şirkətin fəaliyyətinə dair digər sənəd layihələrinin hazırlanması.
- Verilmiş tapşırıqların operativ və dəqiq şəkildə icra edilməsi.
- İşgüzar görüşlərin təşkil olunması və onlarda iştirak edilməsi.
Namizədə tələblər:
- Təhsil: Ali və ya orta
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər
- Yaş həddi: 20 – 35 yaş
- Cins: Kişi və qadın namizədlər
- Şəxsi keyfiyyətlər: Səliqəli, punktual, xoş görünüşlü, məsuliyyətli və stresə davamlı
- Kommunikasiya: Səlist ünsiyyətqurma və komandada işləmək bacarığı.
- Texniki və peşəkar bacarıqlar: MS Office proqramlarından (Word, Excel) və internet resurslarından sərbəst istifadə etmək, işgüzar yazışmalar aparmaq, görüş hesabatları və sifarişçi yazışmaları hazırlamaq bacarığı.
İş şərtləri:
- Əmək haqqı: 450 AZN (+ bonuslar)
- İş qrafiki: Həftənin 6 günü, 09:00 – 18:00
- İstirahət günü: Həftədə 1 gün
- Əlavə imtiyazlar: Nahar şirkət tərəfindən verilir
- Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
Ünvan: Xırdalan şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.