Qeydiyyatçı-operator / Reception

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş barədə məlumat:

  • Ofisə gələn qonaqların qarşılanması və qaydalara uyğun xidmət göstərilməsi. Ehtiyac olduqda çay, kofe, su təqdim olunması.
  • Telefon zənglərinin və mesajların cavablandırılması, xidməti məlumatların qeydə alınaraq rəhbərliyə və müvafiq əməkdaşlara vaxtında ötürülməsi.
  • Şirkətdaxili sənəd dövriyyəsinin təmin edilməsi (daxil olan və gedən yazışmaların qeydiyyatı, hesabatların aparılması, sənədlərin qorunması və arxivləşdirilməsi).
  • İşgüzar yazışmaların həyata keçirilməsi.
  • Rəhbərliyin tapşırığına əsasən məktub, sorğu və şirkətin fəaliyyətinə dair digər sənəd layihələrinin hazırlanması.
  • Verilmiş tapşırıqların operativ və dəqiq şəkildə icra edilməsi.
  • İşgüzar görüşlərin təşkil olunması və onlarda iştirak edilməsi.

Namizədə tələblər:

  • Təhsil: Ali və ya orta
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər
  • Yaş həddi: 20 – 35 yaş
  • Cins: Kişi və qadın namizədlər
  • Şəxsi keyfiyyətlər: Səliqəli, punktual, xoş görünüşlü, məsuliyyətli və stresə davamlı
  • Kommunikasiya: Səlist ünsiyyətqurma və komandada işləmək bacarığı.
  • Texniki və peşəkar bacarıqlar: MS Office proqramlarından (Word, Excel) və internet resurslarından sərbəst istifadə etmək, işgüzar yazışmalar aparmaq, görüş hesabatları və sifarişçi yazışmaları hazırlamaq bacarığı.

İş şərtləri:

  • Əmək haqqı: 450 AZN (+ bonuslar)
  • İş qrafiki: Həftənin 6 günü, 09:00 – 18:00
  • İstirahət günü: Həftədə 1 gün
  • Əlavə imtiyazlar: Nahar şirkət tərəfindən verilir
  • Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə

Ünvan: Xırdalan şəhəri

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly567
  • Monthly1415