Parkzone komandası parkinq və təhlükəsizlik sistemləri avadanlıqlarının quraşdırılması, sazlanması və texniki dəstəyi sahəsində çalışacaq, məsuliyyətli, operativ və inkişaf etməyə həvəsli mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri
- Layihələr üzrə kompüter şəbəkəsi və elektrik xətlərinin kabelləşmə işlərini həyata keçirmək;
- Video-müşahidə sistemlərinin və parkinq sisteminə aid avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətini təmin etmək;
- Şlaqbaum, turniket, barmaq izi və kartlı girişə nəzarət sistemlərinin quraşdırılmasını və texniki dəstəyini həyata keçirmək;
- Mövcud texniki avadanlıqların profilaktik baxışını və təmir işlərini yerinə yetirmək;
- Texniki nasazlıqları operativ şəkildə müəyyən etmək və aradan qaldırmaq;
- Layihə və texniki sxemlərə uyğun olaraq quraşdırma işlərini icra etmək.
Namizədə dair tələblər
- Layihə və texniki sxemlərlə işləmək bacarığı;
- Ümumi elektrik və kompüter şəbəkələri üzrə baza bilikləri;
- Təhlükəsizlik sistemlərinin quraşdırılması və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Vakansiya ilə maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təhlükəsizlik sistemləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.