Aktiv və Passivlərin İdarəedilməsi Şöbəsinə Faiz Riskləri üzrə Baş analitik

  • Истекает 4 июнь 2026

Təsvir

  • Müxtəlif maliyyə alətləri və biznes xətləri üzrə faiz dərəcəsi riskinə məruz qalmaları təhlil etmək;
  • Faiz dərəcəsi riskindən qorunmaq üçün hedcinq əməliyyatları aparmaq və təşkilatın risk-gəlir profilini optimallaşdırmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək;
  • Faiz dərəcələrinin dəyişməsini və onların təşkilatın maliyyə nəticələrinə təsirini izləmək;
  • Faiz dərəcəsi riskinin idarə edilməsi üzrə requlyator qaydalara uyğunluğu izləyir və bu uyğunluğun təmin edilməsi üçün müvafiq addımlar atmaq;
  • Faiz dərəcəsi riskinə məruz qalmaları və təsirlərin azaldılması yönündə strategiyaları hazırlayaraq yüksək səviyyəli rəhbərliyə çatdırmaq və müvafiq maraqlı tərəflərlə bölüşmək;
  • FTP metodologiyalarının hazırlanmasında yaxında iştirak edir və faiz riskləri yönündən metodoloji təkliflər hazırlamaq;
  • Faiz risklərindən qorunmaq üçün müvafiq modellər (EVE və NII) hazırlayaraq simulyasiyaları APİK komitəsinə periodik olaraq təqdim etmək;
  • Müxtəlif modellər və proqnozlaşdırma işlərini təşkil edir və bir başa rəhbərə təqdim etmək;
  • Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatlarının hazırlanması təmin etmək;
  • Mütəxəssis və kiçik mütəxəssislərin işinin düzgün yönləndirilməsində iştirak etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;
  • Faiz dərəcəsi riskinin idarə edilməsi prinsipləri və requlyator tələblər haqqında güclü anlayış;
  • Maliyyə təhlili və modelləşdirmə bacarıqlarına sahib olmaq;
  • Faiz dərəcəsi üzrə törəmə maliyyə alətləri və hedcinq strategiyaları haqqında biliklər;
  • Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya əlaqəli sahədə ixtisaslaşma;
  • Faiz dərəcəsi riskinin ölçülməsi və təhlili alətləri ilə təcrübə;
  • Yüksək səviyyədə analitik və problem həll etmə bacarığı;
  • Maliyyə modelləşdirmə və kəmiyyət təhlili üsullarında qabaqcıl biliyə sahib olmaq;
  • Faiz dərəcəsi riskinin idarə edilməsi ilə bağlı normativ tələblərlə tanışlıq;
  • IRRBB prinsipləri üçün mürəkkəb requlyator təlimatları şərh etmək və tətbiq etmək bacarığı;
  • Mühasibat uçotu prinsipləri və maliyyə hesabatı standartları, xüsusən də faiz dərəcəsi riski ilə bağlı biliklər.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly157
  • Monthly290