Təsvir
- Müxtəlif maliyyə alətləri və biznes xətləri üzrə faiz dərəcəsi riskinə məruz qalmaları təhlil etmək;
- Faiz dərəcəsi riskindən qorunmaq üçün hedcinq əməliyyatları aparmaq və təşkilatın risk-gəlir profilini optimallaşdırmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək;
- Faiz dərəcələrinin dəyişməsini və onların təşkilatın maliyyə nəticələrinə təsirini izləmək;
- Faiz dərəcəsi riskinin idarə edilməsi üzrə requlyator qaydalara uyğunluğu izləyir və bu uyğunluğun təmin edilməsi üçün müvafiq addımlar atmaq;
- Faiz dərəcəsi riskinə məruz qalmaları və təsirlərin azaldılması yönündə strategiyaları hazırlayaraq yüksək səviyyəli rəhbərliyə çatdırmaq və müvafiq maraqlı tərəflərlə bölüşmək;
- FTP metodologiyalarının hazırlanmasında yaxında iştirak edir və faiz riskləri yönündən metodoloji təkliflər hazırlamaq;
- Faiz risklərindən qorunmaq üçün müvafiq modellər (EVE və NII) hazırlayaraq simulyasiyaları APİK komitəsinə periodik olaraq təqdim etmək;
- Müxtəlif modellər və proqnozlaşdırma işlərini təşkil edir və bir başa rəhbərə təqdim etmək;
- Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatlarının hazırlanması təmin etmək;
- Mütəxəssis və kiçik mütəxəssislərin işinin düzgün yönləndirilməsində iştirak etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
- Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;
- Faiz dərəcəsi riskinin idarə edilməsi prinsipləri və requlyator tələblər haqqında güclü anlayış;
- Maliyyə təhlili və modelləşdirmə bacarıqlarına sahib olmaq;
- Faiz dərəcəsi üzrə törəmə maliyyə alətləri və hedcinq strategiyaları haqqında biliklər;
- Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya əlaqəli sahədə ixtisaslaşma;
- Faiz dərəcəsi riskinin ölçülməsi və təhlili alətləri ilə təcrübə;
- Yüksək səviyyədə analitik və problem həll etmə bacarığı;
- Maliyyə modelləşdirmə və kəmiyyət təhlili üsullarında qabaqcıl biliyə sahib olmaq;
- Faiz dərəcəsi riskinin idarə edilməsi ilə bağlı normativ tələblərlə tanışlıq;
- IRRBB prinsipləri üçün mürəkkəb requlyator təlimatları şərh etmək və tətbiq etmək bacarığı;
- Mühasibat uçotu prinsipləri və maliyyə hesabatı standartları, xüsusən də faiz dərəcəsi riski ilə bağlı biliklər.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.