Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri Şöbəsinin Baş Məsləhətçisi

Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri Şöbəsinin Baş Məsləhətçisi

  • Deadline 25 Sentyabr 2025

Təsvir

  • Risk profilləri üzrə anketin və intervyu prosedur və qaydalarının təkmilləşdirilməsi;
  • Müştərilərlə görüşlərin keçirilməsi, risk profillərinin təyini, intervyu nəticələri əsasında müştərinin çatmaq istədiyi maliyyə hədəflərinin müəyyən edilməsi;
  • Müəyyən edilmiş risk profili və maliyyə hədəflərinə uyğun investisiya strategiyasının formalaşdırılması və investisiya alətlərinin köməyi ilə aktivlərin bölgüsünü və yerləşdirilməsi üzrə maliyyə məsləhətinin verilməsi;
  • İnvestisiya siyasəti bəyannaməsinin tərtibi və onun RM, broker və bankın risk departamenti arasında qüvvədə olan prosedurlara əsasən mübadiləsi;
  • Müştəri portfellərinin icrasına nəzarət etmək və icranın yekunlaşdırılması və hesabatlılığın təmin edilməsi istiqamətində müvafiq proseslər daxilində əlaqədar struktur bölmələrlə münasibət qurmaq;
  • RM və müştərilərlə treyninqlərin təşkili və yeni məhsullar haqqında təqdimat və seminarların həyata keçirilməsi;
  • Sərvətin planlanması;
  • İnvestisiya portfellərinin (model, özəl hazırlanmış və digər) və statistik məlumatlarını müntəzəm olaraq izləmək, əlaqədar tərəflər arasında mübadiləsini təmin etmək;
  • Portfellərin yenidən balanslaşdırmaq və müştəriləri məlumatlandırmaq.

Tələblər

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 3 - 5 il 
  • Lisenziya / Sertifikat: - CFA 2 və ya CFA 3
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office, Bloomberg
  • Məhsul üzrə biliklər: Bank məhsulları, Özəl bankçılıq, İnvestisiya məhsulları, portfel idarəçiliyi
  • Bazar üzrə biliklər: Maliyyə bazarları, makro iqtisadiyyat və maliyyə təhlili
  • Başqa tələblər: -
  • İnvestisiya strategiyaları və risklər üzrə biliklər
  • Güclü problem həll etmə və analitik qabiliyyətlərinin olması
  • Rus və İngilis dillərində müştərilərlə empatik ünsiyyət qurmaq, etibar və tərəfdaşlıq münasibətlərini yarada bilmə və satış qabiliyyətinin olması
  • Makro iqtisadi tendensiyaların investisiya strategiyalarına olan təsirini başa düşmək.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily41
  • Weekly293
  • Monthly2136