İşiniz nədən ibarətdir?
- Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq;
- Proqram təminatında baş verəcək hadisələrin qeydiyyatının aparılması, məlumatların daxili və kənar sistemlərə mövcud tələblər əsasında inteqrasiya edilməsi və izləmək;
- Bulud hesablama həlləri üzrə inteqrasiyalar;
- Back-end həllərin yaradılması üzrə mövcud prinsip və prosedurları tətbiq edərək ölçülə bilən, dayanıqlı və imtinaya davamlı proqramlar yaratmaq;
- Dəqiq və funksional həllər üçün qəbul edilmiş konvensiya və qaydalara uyğun kodlar yazmaq;
- Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq;
- Məneələrin aradan qaldırılması və biznes ehtiyaclarını ödəmək üçün texniki həllərin hazırlanması;
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
- Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək;
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirməkBank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 1 il təcrübə
- Texniki səriştələr: Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git)
- Dil bilikləri: İngilis(yaxşı)
- Kompüter bilikləri: Müvafiq proqramlaşma dillərindən hər hansı birini nümayış etdirilə biləcək səviyyədə bilmək: Java, Kotlin, Golang, Python. Verilənlərin strukturu və alqoritm üzrə yaxşı biliyin olması, infrastruktur dizayn və prinsipləri haqqında anlayış, SQL sorğuların yaradılması, Məlumat bazaları ilə işləmək bacarığı, Restful APIs, SOAP
- Digər: Yaxşı ünsiyyət və hesabat biliyi.
- Üstünlük verilir: CI/CD üzrə biliklər, kod dizaynı üsulları (design patterns), domain yönümlü dizayn, proqram təhlükəsizliyi, effektli testlərin hazırlanması, mikroservis arxitekturası ilə tanışlıq, Multi-Threading üzrə biliklər
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.