İşiniz nədən ibarətdir?
- Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq;
- Proqram təminatında baş verəcək hadisələrin qeydiyyatının aparılması, məlumatların daxili və kənar sistemlərə mövcud tələblər əsasında inteqrasiya edilməsi və izlənməsi;
- Bulud hesablama həlləri üzrə inteqrasiyalar, CI/CD prosesində yaxından iştirak etmək;
- Back-end həllərin yaradılması üzrə mövcud prinsip və prosedurları tətbiq edərək ölçülə bilən, dayanıqlı və imtinaya davamlı proqramlar yaratmaq;
- Dəqiq və funksional həllər üçün qəbul edilmiş konvensiya və qaydalara uyğun kodlar yazmaq, komandada digər proqramçıların kodlarını nəzərdə keçirmək;
- Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq;
- Maneələrin aradan qaldırılması və biznes ehtiyaclarını ödəmək üçün texniki həllər hazırlamaq
- Digər komanda fərdləri ilə mütəmadi işləmək, arxitektual həlləri nəzərdən keçirib sənədləşdirmək;
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
- Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək;
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil səviyyəsi və istiqaməti: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
- İş təcrübəsi :Proqram təminatı, mühəndislik sahəsində minimum 2 il təcrübə
- Texniki səriştələr: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git)
- Dil bilikləri: İngilis (yaxşı)
- Kompüter bilikləri: Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək: Java, Kotlin, Golang, Python. Verilənlərin strukturu və alqoritm yaxşı biliyin olması. İnfrastruktur dizayn və prinsipləri haqqında yaxşı anlayışın olması. Kodun unit və inteqrasiya testlərini tərtib etmək bacarığı. Məlumat bazaları ilə işləmək bacarığı. CI/CD təcrübəsi olması. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək. Restful APIs, SOAP üzrə mükəmməl biliklər
- Digər: Yaxşı ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: Bankçılıq təcrübəsi, kod dizayn üsulları (design patterns), kodun yenidən işlənməsi, proqram təhlükəsizliyi, CI/CD, yüksək miqyaslı proqramlar, cüt proqramlaşdırma, effektli testlərin hazırlanması, mikroservis arxitekturası ilə təcrübə, LDAP, SSO, Multi-Threading üzrə biliklər
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.