Təsvir
- Məhsul stream-i və komandanın bütün texnologiyasını idarə etmək və yönəltmək.
- Məhsulun hazırlıq prosesində şəxsən iştirak etmək, mühəndislik komandasının idarə edilməsində və gündəlik məhsulunun təkmilləşdirilməsinin aparılmasında müvəffəqiyyət əldə etmək üçün məhsulu idarə etmək
- Rəqəmsal məhsulların strategiyaları və plan üzrə agile komandaları dəstəkləmək və bu prosesdə iştirak etmək
- Məhsul stream-i daxilində platformaları, alətləri, texnoloji steki qiymətləndirmək və testdən keçirmək.
- Mühəndislər arasında agile iş prinsipini nəzarətdə saxlayaraq proqram təminatı prosesini təkmilləşdirmək
- Yüksək potensiala malik işçilərin hazırlanması və inkişaf etdirilməsi üçün stream daxilində komanda və individual olaraq işçiləri işə qəbul etmək və onlara koçluq etmək
- Məhsul stream-i daxilində resursları idarə etmək
- Daha çox və yaxşı rəqəmsal məhsullar yaratmaq məqsədilə bankın texnologiyasını təkmilləşdirmək üçün ən son texnoloji innovasiyaları həyata keçirmək
- Stream-in əsas biliklərinin sənədləşdirilməsini təmin etmək, yeni təlimatlar hazırlamaq və mövcud olanı təkmilləşdirmək
- Mühəndislik fəaliyyətlərində iştirak etmək və onları aparmaq
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək
Tələblər
- Təhsil: Komputer mühəndisliyi,Komputer elmləri, Tədbiqi riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr, magistr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Proqram mühəndisliyi üzrə minimum 7 il təcrübə. Front end və back end proqramlaşdırma, avtomatlaşdırılmış test, infrastruktur və arxitektura məlumat bazası texnologiyaları üzrə bilik və təcrübə. Agile metodu haqqında təcrübə arzuolunandır.
- Xarici dillər: İngilis(yaxşı)
- Komputer bilikləri: Müvafiq dillərdən ən azı 4-ü mükəmməl bilmək: Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl, SQL, HTML, .Net, React, Angular.Verilənlənlərin strukturu və alqoritm biliyi.
- Məhsul üzrə biliklər: RESTful APIs, Single Sign On, LDAP, Search texnologiyaları.
- Başqa tələblər: Cüt proqramlaşdırma, dizayn mock-ups, CI/CD, təhlükəsizliyin yaradılması, informasiya təhlükəsizliyi, test yönümlü inkişaf üzrə təcrübə
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat