Təsvir
- Komandada digər Bank sistemləri üzrə proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün mentorluq etmək;
- Standartlara və təlimatlara uyğun kod yazaraq Bank sistemlərini (ABS) təkmilləşdirmək və dəstəkləmək;
- Banka dəyər qatacaq innovativ həllər hazırlamaq;
- Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək;
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq;
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək;
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan Daxili Prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
Tələblər
- Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 3 (üç) il təcrübə;
- Lisenziya/Sertifikat: SQL sertifikati;
- Xarici dillər: İngilis (yaxşı);
- Komputer bilikləri: SQL, PL/SQL, verilənlər strukturu və alqoritm biliyi;
- Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT;
- Başqa tələblər: Yaxşı ünsiyyət və hesabat təqdimetmə bacarığı.
- Üstünlük verilir: Bank tərcrübədi, kodun yenidən işlənməsi, dizayn nümunələri, dizayn yönümlü inkişaf, domain yönümlü dizayn, CI/CD, yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi. ikili proqramlaşdırma, testlər üzrə bilik.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.