"Bilik Səfəri" Regional İnkişaf Layihəsi - Texnoloji İnkişaf

  • Deadline 11 Sentyabr 2025

Təsvir

"Bilik Səfəri" Regional İnkişaf Layihəsi nədir?

Layihə bölgələrdə müasir əmək bazarının tələbi olan Texnoloji inkişaf və Əlaqə mərkəzi sahələri üzrə yeni mütəxəssislər yetişdirməyi hədəfləyir. Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədris proqramları və intensiv təlim sessiyaları təşkil ediləcək. Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarında tələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək.

“Bilik səfəri” layihəsi, ilkin olaraq, Gəncə şəhərində həyata keçiriləcək. Gəncə və ətraf bölgələrdə yaşayan:

  • bakalavr təhsilinin son ilində olan tələbə və məzunlar;
  • magistratura tələbələri;
  • iş təcrübəsi 10 ilə qədər olan şəxslər layihədə iştirak üçün müraciət edə bilərlər.  

Tələblər

Sizdən nə tələb olunur?

  • Xarici dillər: Azərbaycan dili, İngilis Dili (üstünlük verilir)
  • Kompüter bilikləri: Microsoft Office Proqramları (Word, Excel, PowerPoint) üzrə biliklər
  • Təhsil: Sonuncu kurs bakalavr və hazırki magistr tələbələri, həmçinin 10 iş ilinədək təcrübəyə malik olan şəxslər
  • Soft bacarıqlar: Effektiv kommunikasiya, komanda işi, motivasiya, analitik düşünmə bacarığı.

Yuxarıda qeyd olunan tələblərdən əlavə IT sahəsində təhsil mütləqdir.

Vakansiya haqqında

  • Vakansiya növü Yarım ştat

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily98
  • Weekly278
  • Monthly1003