İşiniz nədən ibarətdir?
- Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini toplamaq və sənədləşdirmək
- Biznes ehtiyaclarını funksional spesifikasiyalara çevirmək;
- Dəyişiklik sorğularının (CAB) analizinin aparılması və qiymətləndirmənin edilməsi;
- Proqramçılar, tester və layihə menecerləri ilə sıx əməkdaşlıq edərək həllərin uğurla çatdırılmasını təmin etmək;
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq;
- Biznes tələbləri, proses axınları və istifadəçi təlimatları daxil olmaqla sənədləri hazırlamaq və saxlamaq;
- İstifadəçi testlərini (UAT) dəstəkləmək və son istifadəçilərin təlimində iştirak etmək;
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək;
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
- Təhsil: İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: IT Biznes analitika və bankçılıq sahəsində minimum 2 il təcrübə
- Lisenziya/Sertifikat: SQL arzuolunandır
- Xarici dillər: İngilis(yaxşı)
- Komputer bilikləri: SQL, verilənlər strukturu və alqoritm biliyi, BPMN və UML modelləşdirmə dil biliyi, Microsoft Office (Excel, MC Visio) , Oracle FlexCube, Web servislər (XML, SOAP, REST)
- Məhsul üzrə biliklər: JIRA, Confluence və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
- Bazar üzrə biliklər: Bankçılıq biliyi
- Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: əsas bank sistemləri və ya korporativ platformalarla iş təcrübəsi, məlumatların təhlili və hesabat alətləri (məsələn, SQL) üzrə bilik.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.