Biznes Analitik (Core System)

  • Deadline 13 Mart 2026

İşiniz nədən ibarətdir?

  • Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini toplamaq və sənədləşdirmək
  • Biznes ehtiyaclarını funksional spesifikasiyalara çevirmək;
  • Dəyişiklik sorğularının (CAB) analizinin aparılması və qiymətləndirmənin edilməsi;
  • Proqramçılar, tester və layihə menecerləri ilə sıx əməkdaşlıq edərək həllərin uğurla çatdırılmasını təmin etmək;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq;
  • Biznes tələbləri, proses axınları və istifadəçi təlimatları daxil olmaqla sənədləri hazırlamaq və saxlamaq;
  • İstifadəçi testlərini (UAT) dəstəkləmək və son istifadəçilərin təlimində iştirak etmək;
  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək;
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil: İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi: IT Biznes analitika və bankçılıq sahəsində minimum 2 il təcrübə
  • Lisenziya/Sertifikat: SQL arzuolunandır
  • Xarici dillər: İngilis(yaxşı)
  • Komputer bilikləri: SQL, verilənlər strukturu və alqoritm biliyi, BPMN və UML modelləşdirmə dil biliyi, Microsoft Office (Excel, MC Visio) , Oracle FlexCube, Web servislər (XML, SOAP, REST) 
  • Məhsul üzrə biliklər: JIRA, Confluence və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
  • Bazar üzrə biliklər: Bankçılıq biliyi
  • Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: əsas bank sistemləri və ya korporativ platformalarla iş təcrübəsi, məlumatların təhlili və hesabat alətləri (məsələn, SQL) üzrə bilik.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly609
  • Monthly1296