Data elmi üzrə mütəxəssis

  • Deadline 22 İyun 2025

Təsvir

  • Bankın cari biznes proseslərinə GenAI həllərinin inteqrasiyasını planlaşdırmaq və həyata keçirmək.
  • Mövcud verilənlər bazaları və sənəd anbarları üzərində dil modelləri (LLM) təlim və sınaq işlərini aparmaq.
  • Chatbot, virtual köməkçi və s. GenAI əsaslı məhsul və servis komponentlərinin arxitekturasını hazırlamaq.
  • Məlumat etikətlənmə, məlumat təmizləmə və annotasiya işlərini əlaqədar komandalarla koordinasiya etmək.
  • Model performansının monitorinqi, versiyalaşdırılması və davamlı optimizasiyasını təmin etmək.
  • Təhlükəsizlik, məxfililik və normativ tələblərə uyğunluğun təmin etmək üçün risk analizləri keçirmək.
  • Texniki sənədlər hazırlamaq, kod və infrastrukturun təkmilləşdirilməsini həyata keçirmək.

Tələblər

  • Təhsil: Kompüter elmləri, Süni İntellekt, Statistik analiz və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi.
  • İş təcrübəsi: Data elmi sahəsində minimum 2 il təcrübə.
  • Python ilə praktiki iş təcrübəsi (ən azı 3 il), o cümlədən aşağıdakı kitabxanalarla: Tensorflow, PyTorch, Hugging Face Transformers, LangChain, OpenAI API, Llama, Gemma.
  • NLP və dil modelləri sahəsində real layihələrdə iştirak təcrübəsi (chatbot, mətndən avtomatik çıxarış, generasiya və s.).
  • Speech-to-text və text-to-speech modelləri ilə təcrübə.
  • Məlumat bazaları (SQL/NoSQL), ETL prosesləri və data engineering alətləri ilə iş təcrübəsi.
  • Vektor bazalarını (FAISS) inteqrasiya etmək və idarə etmək.
  • Optimal performans üçün model seçimi və hiperparametr tüninqi aparılması.
  • API dizaynı və mikroservis arxitekturası barədə anlayış.
  • Bulud mühitlərində (Azure) model yerləşdirmə, idarəetmə və monitorinq təcrübəsi.
  • Komanda işi, analitik düşüncə və problem həll etmə bacarıqları.
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində yazılı və şifahi sərbəst ünsiyyət bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily47
  • Weekly47
  • Monthly51