Data Elmi üzrə Mütəxəssis (Data Scientist)

  • Deadline 23 August 2025

Təsvir

  • Daxili və xarici mənbələrdən: əməliyyat məlumatları, müştəri biznes məlumatları, kredit bürosu məlumatları və s. məlumatları çıxarmaq.
  • Şəxsi və qeyri-şəxsi məlumatları hazırlamaq (düzəltmə və redaktə etmə).
  • Komanda üzvlərinə təlim vermək və praktiki (kod yazma) prosseslərlə təmin etmək.
  • Həllər hazırlamaq üçün çoxsaylı mənbələrdən (həm daxili, həm də xarici mənbələrdən strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlar: əməliyyat məlumatları, müştəri biznes məlumatları, kredit bürosu məlumatları və s.) məlumatları şərh etmək və təhlil etmək.
  • Bankın məhsul və proseslərini təkmilləşdirmək üçün yeni modellərin hazırlamaq(seçilmiş model nümunələri: risklərin qiymətləndirilməsi, meyl modelləri, müştəri seqmentasiyası və s.)
  • Mühəndislik və məhsul inkişaf qrupları ilə əməkdaşlıq etmək
  • Modelləri səhmdarlara təqdim etmək, qərar qəbul etmə məqsədləri üçün əlçatan şəkildə izah etmək.

Tələblər

  • Bakalavr / magistr dərəcəsi: Analitik disiplininlər üzrə (məsələn, statistik, riyaziyyat və ya ekonometriya, fizika və ya hər hansı əlaqədar sahədə)
  • Statistik kompüter dillərindən istifadə edərək 2+ il peşəkar təcrübə və məlumat analizi və maşın öyrənmə kitabxanaları (aşağıdakilerden ən az birində: Python (Pandas, NumPy, scikit-learn, Scipy, TensorFlow) və ya R) üzrə mükəmməl bilik
  • Əlavə proqramlaşdırma dilləri və məlumat analitikası alətləri (SQL, Alteryx və digər) üzrə 2+ il təcrübə
  • Məlumat analizi və maşın öyrənmə texnologiyalarından istifadə edərək müvəffəqiyyətlə tamamlanmış layihələr
  • Maşın öyrənmə, statistik və məlumat mədənçilik texnikaları üzrə irəliləmiş bilik və onların istifadəsində güclü təcrübə
  • Müxtəlif bank məsələlərini və bankçılıqda analitika istifadəsini başa düşmək
  • Komandalar arasında əlaqə üçün mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları
  • Azərbaycan və İngilis dillərində sərbəst (şifahi və yazılı), Rus dilində iş bilgisi üstünlük hesab ediləcək.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Vəzifə dərəcəsi Orta səviyyəli

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily117
  • Weekly117
  • Monthly2411