Əməliyyat və Tənzimləyici Risklərin idarə edilməsi üzrə Kiçik mütəxəssis (analıq məzuniyyəti)

  • Истекает 15 июнь 2026

Təsvir

  • Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi - potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;
  • Ssenarilərin təhlil edilməsi və Stress testlərin icrası;
  • Bankın fəaliyyətinin davamlı izlənilməsi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlil edilməsi;
  • Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;
  • Insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;
  • Daxili zərər bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması;
  • Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;
  • Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə dəstək;
  • Bank-daxili səlahiyyətlərin idarə edilməsi prosesinə nəzarət və səlahiyyət matriksinin vaxtında yenilənməsinə dəstək göstərilməsi;
  • Səlahiyyət matrisinə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanmasına dəstək göstərilməsi;
  • Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsində dəstək / Risk mədəniyyətinin inkişaf etdirilməsi / risk koordinatorla daimi əməkdaşlıq;
  • Bankda Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə (RCSA) proyektinin icrası;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

  • Təhsil: İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, İnformasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: minimum 1 il Bank sahəsi üzrə təcrübə;
  • Biliklər: Risklərin qiymətləndirilməsində təcrübə, Mərkəzi Bank-ın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, Daxili Nəzarət və ya Audit təcrübəsi arzu olunandır;
  • Xarici dil: İngilis, Rus (arzuolunandır);
  • Kompüter Bacarıqları: Microsoft Office.

Vakansiya növü - Müvəqqəti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly573
  • Monthly1379