Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Edilməsi üzrə Qrup Rəhbəri

Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Edilməsi üzrə Qrup Rəhbəri

  • Deadline 11 İyul 2026

Təsvir

  • Bankın yeni və mövcud normativ sənədlərinin, həmçinin məhsullarının risk baxımından nəzərdən keçirilməsi prosesinin koordinasiya edilməsi;
  • Ssenari və stress testlərinin seçilməsi, icrasının təşkili və nəticələrinin təqdim olunması;
  • Qeyri-maliyyə riskləri üzrə potensial itkilərin müəyyən edilməsinə nəzarət edilməsi;
  • Əməliyyat risklərinin kapitala təsirinin hesablanmasına nəzarət olunması;
  • Risk İştahası Bəyannaməsi üzrə limit və tolerantlıq səviyyələrinin monitorinqi, pozuntuların izlənilməsi və zəruri dəyişikliklərlə bağlı təkliflərin verilməsi;
  • Qeyri-maliyyə riskləri üzrə hesabatların hazırlanması və təkmilləşdirilməsi;
  • Audit hesabatları üzrə tədbirlərin koordinasiya olunması;
  • Yeni layihə, təşəbbüs və xidmətlər üzrə qeyri-maliyyə risklərinin qiymətləndirilməsi və yekun rəyin verilməsi;
  • PAŞA Group tərəfindən təqdim olunan sənədlərin nəzərdən keçirilməsi prosesinə nəzarət edilməsi;
  • Bank məhsulları üzrə risk və limitlərin müəyyənləşdirilməsi ilə bağlı rəy verilməsi;
  • Qeyri-maliyyə risklərinin idarə olunması üzrə daxili sənədlərin yenilənməsinin və tətbiqinin təmin edilməsi;
  • Qeyri-maliyyə riskləri ilə bağlı layihə və təşəbbüslərin idarə olunması;
  • Risk mədəniyyətinin inkişaf etdirilməsi, aidiyyəti əməkdaşlar üçün təlimlərin təşkili və risk koordinatorları ilə əməkdaşlığın təmin edilməsi;
  • RCSA prosesinin idarə olunması və nəticələrinin təqdim edilməsi;
  • Exit survey və exit interview nəticələrinin təhlili əsasında risk qiymətləndirmələrinin aparılması və nəticələrin mütəmadi olaraq CHRO ilə paylaşılması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Təhsil: Maliyyə, İqtisadiyyat, İdarəetmə, Risklərin İdarə Edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil; (Magistr dərəcəsi üstünlükdür)
  • İş təcrübəsi: Bank sektorunda minimum 4 il iş təcrübəsi.
  • Bilik və bacarıqlar: Risklərin qiymətləndirilməsi sahəsində təcrübə;
  • Mərkəzi Bankın normativ tələbləri ilə işləmək bacarığı;
  • Proseslərin təhlili üzrə təcrübə;
  • Daxili nəzarət və ya audit sahəsində təcrübə üstünlükdür;
  • Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarıqları;
  • Layihələrin və işçi qruplarının idarə olunması bacarığı;
  • Hesabat hazırlamaq və təqdim etmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Dil bilikləriİngilis dili; Rus dili üstünlükdür.
  • Kompüter bilikləri: Microsoft Office proqramlarında işləmək bacarığı
  • Əlavə üstünlüklər: Risklərin idarə olunması üzrə peşəkar sertifikatların olması üstünlük hesab olunur.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly563
  • Monthly1287