Təsvir
- Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icra olunması;
- Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası olunması;
- Stress test və Senari analizləri (təkliflər verilməsi, təhlili və tətbiq edilməsi) və hesabatlığın aparılması;
- Girovların sığortalanmasına nəzarət və koordinasiya;
- Girovların qiymətləndirilməsi və monitorinqinin proses və prosedurlarının Bankın Risk siyasətinə uyğun inkişaf etdirilməsi;
- Əmlak bazarı üzrə araşdırmaların həyata keçirilməsi;
- Girov riskinin azaldılması və requlyativ (qanunvericilik) tələblərin icra edilməsi üçün lazımi tədbirlərin görülməsi;
- Girov Portfelinin idarə edilməsi ilə bağlı digər məsələlər (SQO, rəhbər tərəfindən verilən tapşırıqların icra olunması. İcarə xərclərinin qiymətləndirilməsi, tikinti xərclərinin hesablanması/yoxlanılması, bankın digər struktur bölmələri tərəfindən verilən qiymətləndirilmə sifarişlərini baxılması və həyata keçirilməsi);
- Komanda üzvlərinə risk mədəniyyətinin aşılanması və risklərin azaldılması tədbirlərinin öyrədilməsi.
Tələblər
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
- Tələb olunan iş təcrübəsi: 3 il;
- Sertifikat: Müxtəlif növ əmlakların qiymətləndirilməsi, BQS, ACCA FA, ACCA FR, ACCA FM, FMVA Business Valuation üzrə sertifikatların olmasına üstünlük verilir.
- Xarici dillər: Ingilis və ya Rus;
- Kompüter bilikləri: Microsoft Office.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.