İşiniz nədən ibarətdir?
- Məhsulun Strategiyasının hazırlanması ən azından 12 aylıq ( maks 3 illik);
- Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması;
- Strategiyadan irəli gələrək xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi;
- Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması;
- Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;
- Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;
- Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;
- Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq;
- Hesab və Ödəniş, Maliyyə Texnologiyaları komandasında Sahənin strategiyasına çatmasına dəstək göstərmək və daha geniş imkanların dəyərləndirilməsini aparaq;
- Təşkilat daxilində həll yollarını asanlaşdırır; Məhsul strategiyasına uyğun həlləri prioritetləşdirmək və təqdim etmək üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edir;
- Bazar araşdırması edir və məhsulun rəqabət qabiliyyətini artırmaq və istifadəni artırmaq üçün imkanları müəyyənləşdirir;
- Agile mərasimlərinin keçirilməsi üçün Agile Kouç ilə əməkdaşlıq edir: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s.;
- Texniki həlləri və onların müştərinin ehtiyaclarına necə dəstək göstərdiyini başa düşülməsi;
- Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiya;
- Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşuraların, təlimatların hazırlanması;
- Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması.
Sizdən nə tələb olunur?
- Təhsil: Ali təhsili
- Tələb olunan iş təcrübəsi: 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə
- Xarici dillər: İngilis , rus
- Kompüter bilikləri: Microsoft Office
- Digər bacarıqlar: Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı;
- Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı;
- Komandada işləmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Konfliktlərin idarəedilməsi;
- Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.