Hüquq şöbəsi Korporativ hüquq üzrə Mütəxəssis

  • Deadline 5 Yanvar 2025

İşiniz nədən ibarətdir?

  • Müxtəlif rəqəmsal və yaxud digər bank xidmətlərin təqdim edilməsi istiqamətində, bankın biznes sahəsindən daxil olan sorğuların həll imkanları və metodları ilə təmin edilməsi sahəsində hüquqi təhlillərin aparılması və müvafiq təklifləri şöbə rəhbərinə vermək;
  • Tənzimləyici qurumlar qarşısında müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi və rəqəmsallaşma çağırışlarına uyğun təkliflər layihəsinin təşəbbüskarı olmaq və müvafiq təklifləri şöbə rəhbərinə vermək;
  • Qanunvericiliyin mütəmadi qaydada izlənilməsi, banka təsir edən məqamlar üzrə bankdaxili kommunikasiyanın edilməsinə dəstək göstərmək;
  • Bankın əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi üçün üçün sənədlərin toplanması, Dövlət Miqrasiya Xidməti ilə işi əlaqələndirmək;
  • Mərkəzi icra hakimiyyəti orqanları, publik hüquqi şəxslərlə Bank arasında işin təşkilinə zəruri olan hüquqi dəstək göstərilməsi, hüquqları qeydiyyata almaq;
  • Yerli və xarici banklarda müxbir hesabların açılması üçün zəruri olan hüquqi (normativ) sənədlərin və ərizə formalarının toplanılması / hazırlanması, zərurət olduqda notariat hərəkətlərinin aparılmasını təşkil etmək (apostil, leqallaşdırma daxil);
  • Bankın daxili normativ bazasının yeniləməsinin nəzərdən keçirilməsi, müvafiq sənədlərin yenilənməsi/təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • AR MB-da Bankın inzibatçıları üçün nəzərdə tutulan sənədlərin toplanması üzrə İnsan Resursları Departamentinə hüquqi yardım göstərmək;
  • Bankın struktur bölmələrini sorğu əsasında hüquqi rəy və məsləhətlərlə təmin etmək;
  • Bank məhsulları ilə əlaqədar müqavilələrin, təminat müqavilələrinin, satınalma və qeyri-satınalma müqavilələrinin hazırlanması, reyestrinin aparılması, arxivləşdirilməsinin təşkil edilməsi və qanunvericiliyin, habelə bankın maraqlarına uyğun qaydada müqavilə şablonlarını təkmilləşdirmək;
  • Müxbir banklar və kənar maliyyə institutları ilə, habelə xarici tərəfdaşlarla müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Qiymətli kağızlar, yerli və qlobal mallyə bazarlarındakı əməliyyatlar (Repo, ISDA və s.), törəmə maliyyə alətləri ilə iş üzrə Bankın struktur bölmələrinə dəstək göstərmək;
  • Bankın rəhbərliyi ilə notariat əməliyyatlarının aparılmasının təşkilinə dəstək (etibarnamələrin verilməsi, ərizələrdə imza təsdiqi, sənədlərin notariat qaydasında təsdiqi və s.) və hüquqi təminatı (apostil, leqallaşdırma daxil);
  • Bankın əqli mülkiyyət hüquqlarının qeydiyyat alınması, müdafiəsi üçün zəruri hərəkətlərin edilməsi, bu sahədə struktur bölmələrin fəaliyyətini əlaqələndirmək;
  • Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən subsidiarlarının, nümayəndəliklərinin, filiallarının və şöbələrinin qeydiyyatı, lisenziyası və fəaliyyəti üçün lazımi sənədlərin toplanmasına kömək;
  • Insan Resurları Departamentinə intizam xarakterli tədbirlərin görülməsində, əmək müfəttişliyi və digər idarəetmə orqanları ilə görüşlər keçirilməsində hüquqi yardım göstərmək.

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr)
  • Tələb olunan iş təcrübəsi: 3 il iş təcrübəsi
  • Lisenziya / Sertifikat: N/A
  • Xarici dillər: İngilis, rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office

Vakansiya haqqında

  • Son tarix dekabr 29, 2024
  • Paylaşılıb dekabr 5, 2024
  • Vakansiya növü Tam ştat
  • Daily0
  • Weekly178
  • Monthly1831