Hüquqi məsələlər departamentinin Qərarların məcburi icrası istiqaməti üzrə Mütəxəssis

Hüquqi məsələlər departamentinin Qərarların məcburi icrası istiqaməti üzrə Mütəxəssis

  • Deadline 16 August 2025

İşiniz nədən ibarətdir?

  • Bankın tərəf qismində çıxış etdiyi müvafiq məhkəmə qərarlarının, notariat icra qeydlərinin, arbitraj qərarlarının və digər səlahiyyətli orqanların qərarının icrasını təmin etmək üçün effektiv addımların atılması;
  • İcra qurumları, borclular, icra edilməli olan qərarlar üzrə tərəflərlə münasibətlərin effektiv formada qurulması;
  • Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq addımların atılması;
  • Bankın qeyri-işlək kredit portfeli üzrə icra mərhələsində olan işlər üzrə yığımın edilməsinin təmin edilməsi;
  • Axtarışda olan işlərlə bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə Bankın maraqlarını təmsil edək zəruri addımların atılması;
  • İcraatda olan işlərlə bağlı banka daxil olmuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq hərəkətlərin yerinə yetirilməsi;
  • Bankın müxtəlif struktur bölmələrindən daxil olan sorğuların hüquqi ekspertizasının aparılması, hüquqi rəylərin verilməsi;
  • İcra mərhələsində olan işlərlə bağlı dəqiq və aktual məlumat bazasının yaradılmasını, mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
  • İcra portfelində olan işlərlə bağlı müvafiq olaraq tələb olunan hesabatların hazırlanmasını və təqdim edilməsin təmin edilməsi;
  • Dövlət və qeyri-dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması, bununla bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi;
  • Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin verilməsi;
  • Fəaliyyət göstərdiyi istiqaməti üzrə nəticəyönülmü, hərtərəfli addımların atılmasının təmin edilməsi;
  • Müxtəlif məsələlərlə əlaqədar bankın səlahiyyətli qərarvermə orqanlarının qərarlarının icrası üçün zəruri addımların atılmasının təmin edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq sahəsi üzrə Bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: 2-3 il iş təcrübəsi;
  • Xarici dillər: İngilis (orta);
  • Kompüter bilikləri: Microsoft Office.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily77
  • Weekly318
  • Monthly437