Təsvir
- Bütün maraqlı tərəflərə, 1-ci müdafiə xəttinə, risk koordinatorlara vaxtında dəstək göstərilməsinə nəzarət;
- Bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsinə və onların risk reyestrinə əlavə olunmasına nəzarət;
- Bankın yeni və mövcud sənədlərinə və məhsullarına baxış - potensial qeyri-maliyyə riskinin baş vermə ehtimalını yoxlamasında dəstək;
- İnsan səhvlərinin təhlili layihəsi: İnsan səhvləri boşluqlarını müəyyən etmək üçün texniki olmayan halların monitorinqi və təhlilinə dəstək;
- Daxili zərər (Realised loss) bazasının hazırlanması, gözlənilən itkilərin hesablanmasına dəstək;
- Müvafiq hesabatların (Departament daxili və idarə etmə hesabatlarının) hazırlanmasına nəzarət və hazırlanan hesabatları rəhbərliyə göndərmək;
- RHI-nin (Risk Sağlamlıq İndeksinin) artması üzrə təkmilləşdirmələr (qeyri-maliyyə risklərinə aid olan hissəsi);
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- RCSA (Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə) prosesində dəstək;
- Bankda keçirilən Demo, təlim və lahiyələrdə iştirak və s.
Tələblər
- Təhsil: Məzun;
- Tələb olunan iş təcrübəsi: Bank və ya BOKT təcrübəsi minimum 4 ildən çox;
- Daxili Audit və Daxili Nəzarət, Əməliyyat Risklərin idarəedilməsi (üstünlük veriləcək);
- Lisenziya / Sertifikat: Üstünlük verilir;
- Xarici dillər: İngilis (upper-intermediate), Rus (arzuolunan);
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, PowerPoint);
- Məhsul üzrə biliklər: Kart Sistemləri, Regulator qaydaları, Flexcube və ya diğər Əsas Bank Sistemləri üzrə biliklər;
- Başqa tələblər: Əməliyyat Riskləri, Strateji Risklər, Komplaens Riskləri, Basel 2 (Əməliyyat Riskləri) tələbləri, Mərkəzi Bank tələbləri.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.