İşiniz nədən ibarətdir?
- Təhkim olunduğu Yüngül Sənaye KİB müştərilərin keyfiyyətinə və kəmiyyətinə nail olmaq;
- Kredit təyinatının KİB müştərisi tərəfindən məqsədyönlü istifadəsini yoxlamaq;
- Monitorinqin satışa təsirini artırmaq. (vaxtında müştəri haqqında tam məlumat vermək);
- KİB riskli müştəriləri üçün müxtəlif fəaliyyət planlarını artırmaq;
- Müştərilərin kredit ödənişlərinə, gecikmələrinə və ödəmə planı haqqında məlumatları toplamaq;
- Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;
- Riskli müştərilərin vaxtında baxış siyahısına daxil edilməsinə, azaldılması planlarının yerinə yetirilməsinə və müştəri davranışlarını izləmək;
- Risk məsələləri ilə bağlı digər komandalara dəstək vermək;
- Bankın risk siyasətinə uyğun olaraq kredit izləmə prosedurlarını hazırlamaq;
- Əsas makro və sənaye amillərinin Kredit portfelinə təsirini araşdırıb, müəyyənləşdirib və kredit risklərini minimuma endirmək üçün tədbirlər görmək;
- Monitorinq zamanı beynəlxalq (PD) və daxili (MB tələbləri) reytinq hesablanmasına nəzarət;
- Erkən xəbərdarlıq sistemi tərəfindən verilmiş riskli müştərilərə dair tədbirlərin hazırlanması, risklərin dəyərləndirilməsi;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
Tələblər
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 1-2 il
- Xarici dillər: İngilis
- Sertifikatlar: ACCA Papers, Maliyyə modelləri üzrə sertifikatlar, CFA, CRM arzuolunandır
- Kompüter bilikləri: Microsoft Office
- Başqa tələblər;Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət bacarıqları, Yenilikçi düşüncə və özünü inkişaf etdirməyi təşviq etmək, Sənaye üzrə bizneslərin analizi, Xarici risk faktorlarını və dinamikasını kredit portfelinə tətbiq etmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.