İşiniz nədən ibarətdir?
- Təhkim olunduğu Yüngül Sənaye KİB müştərilərin keyfiyyətinə və kəmiyyətinə nail olmaq;
- Kredit təyinatının KİB müştərisi tərəfindən məqsədyönlü istifadəsini yoxlamaq;
- Monitorinqin satışa təsirini artırmaq;
- KİB riskli müştəriləri üçün müxtəlif fəaliyyət planlarını artırmaq;
- Müştərilərin kredit ödənişləri, gecikmələri və ödəmə planları haqqında məlumatlar toplamaq;
- Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;
- Riskli müştərilərin vaxtında baxış siyahısına daxil edilməsini, planlarının yerinə yetirilməsini təmin etmək və müştəri davranışlarını izləmək;
- Risk məsələləri ilə bağlı digər komandalara dəstək vermək;
- Bankın risk siyasətinə uyğun olaraq kredit izləmə prosedurlarını hazırlamaq;
- Əsas makro və sənaye amillərinin Kredit portfelinə təsirini araşdırıb, müəyyənləşdirib və kredit risklərini minimuma endirmək üçün tədbirlər görmək;
- Monitorinq zamanı beynəlxalq (PD) və daxili (MB tələbləri) reytinq hesablanmasına nəzarət etmək;
- Erkən xəbərdarlıq sistemi tərəfindən verilmiş riskli müştərilərə dair tədbirlər hazırlamaq, riskləri dəyərləndirmək.
Tələblər:
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
- Tələb olunan iş təcrübəsi: 1-2 il;
- Xarici dillər: İngilis dili;
- Sertifikatlar: ACCA Papers, Maliyyə modelləri üzrə sertifikatlar, CFA, CRM arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office;
- Başqa tələblər: Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.