Təsvir
- Şirkətin və ya təşkilatın kibertəhlükəsizlik risklərini müəyyən etmək, təhlil etmək və idarə etmək;
- Məntiqi və funksional arxitekturanın yenilənmiş qalmasını və biznes tələbləri və bankın siyasəti ilə uyğunluğunu təmin etmək;
- Yüksək prioritetli təhlükəsizlik insidentlərin cavablandırılmasında iştirak etmək və arxitekturada tələb olunan dəyişiklikləri tövsiyə etmək;
- Ehtiyac olduğu təqdirdə işçiləri yeni prosedurlarla əlaqəli məlumatlandırmaq və onları yetişdirmək;
- Tabeçilikdə olan işçilərin idarə edilməsini təmin etmək;
- İşçinin fəaliyyətinin izlənilməsini təmin etmək üçün komanda üçün ƏFG-ləri yaratmaq, nəzarət etmək və təkmilləşdirmək;
- “Kiber Təhdidlərin Təhlili və Tətbiq Təhlükəsizliyi” komandalarının problemlərinin lazımi qaydada həll edilməsi və eskalasiya edilməsini təmin etmək;
- İş yükünə nəzarət etmək və idarə etmək, və planlaşdırılmış dəyişikliklərə prioritet qoymaq;
- Kiber hücumların, zərərli proqramların və digər təhlükə vektorlarının araşdırılması və onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- Proqram təminatının təhlükəsizliyini təmin etmək üçün kod analizi, penetrasiya testləri və zəifliklərin idarə edilməsi mexanizmlərini tətbiq etmək;
- Təhlükəsizlik insidentlərinin aşkarlanması, araşdırılması və insidentlərə cavab strategiyalarının hazırlanmasına rəhbərlik etmək;
- Mütəmadi təhdidlərə cavab və müdaxilə testlərini təşkil etmək;
- Problemi həll etmək, əsas səbəbləri analiz etmək və yüksək təsirli insidentlər üçün hesabat hazırlamaq;
- Mütəmadi olaraq və tələb əsasında hesabat vermək;
- Bankın kritik məlumat aktivlərinə yönəlmiş mövcud və mümkün ola biləcək kiber təhdidləri analiz etmək;
- Şöbənin məsələlərinin lazımi qaydada həll edilməsi və eskalasiyasını təmin etmək;
- Ən yaxşı xidmətin verilməsi və davamlı təkmilləşməni təmin etmək üçün digər işçilərlə çalışmaq;
- Vendor və xidmət təchizatçıları ilə işləmək.
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: Kibertəhlükəsizlik üzrə minimum 5 il iş təcrübəsi;
- Lisenziya / Sertifikat: CISSP/CISM/CISA və ya digər texniki sertifikatlar;
- Xarici dillər: İngilis(əla),Rus dili(orta);
- DevSecOps, DFIR, Threat Intelligence və Threat Hunting texnologiyaları, sorğu, hesabat, monitorinq üzrə yaxşı texniki biliklərin olması;
- Müdaxilə testləri üzrə yaxşı biliklərin olması;
- Zərəvericilik əleyhinə və digər kibertəhlükəsizlik vasitələri haqqında bilik;
- Ən çox tanınan kibertəhlükəsizlik çərçivələri ilə tanış olmaq;
- Sistem inzibatçılığı, Aralıq proqram təminatı və tətbiqlərin inzibatçılığı ilə iş təcrübəsi;
- Şəbəkə və şəbəkə təhlükəsizliyi vasitələrinin idarəedilməsi üzrə təcrübə;
- Məlumat təhlükəsizliyinin risk qiymətləndirilməsini aparmaq bacarığı;
Başqa tələblər:
- Proses və qaydalara uyğunluq;
- Güclü analitik və əsas səbəbin analizinin aparılması bacarıqları;
- Təzyiq altında işləmək;
- Multi-tasking mühit;
- Texniki və professional səviyyədə müştəri və işçilərlə qarşılıqlı əlaqə yaratmaq bacarığı;
- Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı;
- Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
- Strategiya hazırlamaq və aparmaq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.