Təsvir
- Kredit təhlilinin aparılması üçün borcalandan müvafiq məlumatların alınması, verifikasiyası və buna uyğun olaraq yaranmış hər hansı sual, məqamların borcalan ilə dəqiqləşdirilməsi;
- Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilinin aparılması. Kredit sifarişləri üzrə düzgün strukturun verilməsinin təmin edilməsi;
- Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin yumşaldılması məqslədilə müvafiq təkliflərin verilməsi;
- Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış edilməsi;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsinin aparılması;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanmasının həyata keçirilməsi, kredit reytinqinin müəyyən edilməsi və müvafiq qərar verilməsi;
- Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy verilməsi;
- Kredit Kontrol departamenti tərəfindən təqdim olunan müvafiq kredit reytinq cədvəllərinin yoxlanılması, müştərilərə düzgün kredit reytinqinin təsdiq olunması;
- Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üzrə anderraytinqin operativ aparılması və vaxtında icra edilməsinin həyata keçirilməsi.
Tələblər
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsilinə üstünlük verilir;
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir;
- Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) bilikləri olan şəxslərə üstünlük verilir;
- Kompüter bilikləri: Microsoft Office, Internet Explorer;
- İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olması arzu olunandır;
- Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.