Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin KOS Bakı filialları üzrə Satış və Əməliyyatlar/ Bridge plaza şöbəsinin Müştəri Xidmətləri qrupunun Kiçik mütəxəssisi (Analıq məzuniyyəti)

Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin KOS Bakı filialları üzrə Satış və Əməliyyatlar/ Bridge plaza şöbəsinin Müştəri Xidmətləri qrupunun Kiçik mütəxəssisi (Analıq məzuniyyəti)

  • Deadline 5 Sentyabr 2026

Təsvir

  • Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması;
  • Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
  • Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması;
  • Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi;
  • Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası;
  • İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi;
  • Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
  • Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi;
  • Sənədləşmənin dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
  • Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
  • Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
  • Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq;
  • Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-2 il; 
  • Texniki səriştələr: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
  • Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
  • Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
  • Kompüter bilikləri; Microsoft Office (Excel, Word);
  • Digər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly310
  • Monthly327