İşiniz nədən ibarətdir?
- Gündəlik Vergi, DSMF, İşsizlik, Məcburi Tibbi Sığorta və gələn sərəncamların yükləyib, sistemə düşmə prosesin monitorinq etmək;
- Gündəlik Vergi, DSMF, İşsizlik, Məcburi Tibbi Sığorta, İnkasso, Həbs və Gömrük sifarişlərini monitorinq etmək;
- Məhkəmədən banka kağız daşıyıcıda və elektron qaydada (e-mail vasitəsi ilə) daxil olan İnkasso və Həbs növlü sərəncamların emal etmək, icra və cavablamaq;
- ABS-də operator kimi “yaddaşa vurma" funksiyasından cavabdeh şəxs olaraq sərəncamları icra etmək;
- Vergi, Məhkəmə və digər dövlət qurumları tərəfindən sorğulanmış müraciətlər üzrə müvafiq məlumatların toplanılmasın təmin etmək. Yığılmış sənədlərin təhvil təslim prosesin aparmaq və sənədlərin təhvili təslimi ilə əlaqəli protokol sənədin yaradıb imzalatmaq;
- Vergi orqanları ilə bağlı məsələlərin həll edilməsinə dəstək olmaq;
- Vergi, DSMF, İşsizlik, Məcburi Tibbi Sığorta, Gömrük və Məhkəmə qərarlarını (sərəncamları) ödəmək\icra etmək;
- "İnkasso" sifarişlərinin / sanksiyalarının etibarlılığına nəzarət etmək;
- Nəzarət orqanlarının sorğularını düzgün və vaxtında cavablandırmaq;
- Vergi bildirişlərinin qeydiyyata alınması, cavablandırılması və vergi ödəyicilərinə daxil olan bildirişlər barədə məlumatlandırmaq;
- DVX-nə, MMX-nə və digər dövlət qurumlarına göndərilən hesabatlıqların hazırlanması və məlumat mübadiləsini təmin etmək;
- Açılmış və bağlanmış hesablar barədə vergi ilə bank arasında baş verən məlumat mübadiləsinin gündəlik monitorinqi;
- Vergi məsələləri ilə bağlı hüquqi monitorinqin aparılmasına dəstək olmaq və s.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat sahəsində (və ya digər uyğun sahə) ali təhsil (bakalavr);
- Tələb olunan iş təcrübəsi: minimum 1 il;
- Xarici dillər: İngilis (işlək);
- Kompüter bilikləri: Microsoft Office (Excel\Word).
Vakansiya haqqında
- Son tarix mart 9, 2025
- Vakansiya növü Müvəqqəti