Komplayns və AML Departamentinin Tənzimləyici Normativlərə Uyğunluğun İdarəedilməsi Qrupu üzrə Mütəxəssis

Komplayns və AML Departamentinin Tənzimləyici Normativlərə Uyğunluğun İdarəedilməsi Qrupu üzrə Mütəxəssis

  • Deadline 14 May 2025

İşiniz nədən ibarətdir?

  • Bankın fəaliyyətinin tənzimləyici orqanların tələblərinə uyğun olmasının təmin edilməsində iştirak;
  • Tənzimləyici normativ hüquqi aktların tələblərinə uyğunluğun yoxlanılması prosesinin qurulması və müvafiq monitorinqlərin təşkil edilməsində iştirak;
  • Nəzarət orqanını qaydalarında baş verən dəyişikliklərin təfsilatlı təhlil və Bankda tətbiqi tədbirlərin həyata keçirilməsi prosesinin həyata keçirilməsində iştirak;
  • Tənzimləyiciyə təqdim edilən hesabatların yoxlanılması və hər hansı səhvlərin aşkarlanması halında aidiyyəti struktur bölməyə bildirilməsi;
  • Bankın təklif etdiyi məhsulların və xidmətlərin nəzarət orqanının tələblərinə uyğun olub olmaması üzrə yoxlamalar aparılması;
  • Bankın fəaliyyətindən irəli gələn tədbirlərin (hesabatlıqlar və digər öhdəliklərin) nəzarət orqanının tələblərinə uyğun olub olmaması üzrə yoxlamalar aparılması;
  • Proseslərin, daxili qaydaların, məhsul pasportlarının nəzarət orqanının tələblərinə dair uyğunluğu ilə bağlı monitorinqin aparılması;
  • Aşkarlanmış risklər və çatışmazlıqlar barədə, habelə onların aradan qaldırılması üzrə tədbirlər barədə dövri əsasda hesabatların təqdim edilməsi;
  • Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanın təşkil edilməsi;
  • İdarə Heyətinə dövri əsasda təqdim edilməsi üçün pozuntular nəticəsində əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatların hazırlanması;
  • “Müştəri - xidmət” problemlərinin həll edilməsini şəxsi öhdəliyinə götürülməsi və s.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya digər uyğun sahədə ali təhsil (bakalavr);
  • Tələb olunan iş təcrübəsi: maliyyə, risk və ya audit sahəsində minimum 2 il;
  • Lisenziya / Sertifikat: Nəzarət, audit, risk və ya komplayens sahələrində beynəlxalq sertifikatlar üstünlükdür;
  • Xarici dillər: İngilis (səlis);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsullarının və xidmətləri üzrə biliklər;
  • Bazar üzrə biliklər: Nəzarət orqanlarının tələbləri ilə bağlı biliklər.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly294
  • Monthly1551