İşiniz nədən ibarətdir?
- İdarə Heyətinin müvafiq üzvünün gündəlik iş və görüşlərinin təşkilinin fəal surətdə idarə edilməsi və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsinin təmin edilməsi;
- İdarə Heyətinin müvafiq üzvünün bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi;
- Müvafiq kurasiya üzrə qərarların, tapşırıqların icrası barədə hesabatın verilməsi;
- İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının (müştərilərin) müvafiq qaydada qarşılanması və hər zaman Bankın nüfuzunun yüksək şəkildə təqdim olunmasının təmin edilməsi;
- Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstəyin göstərilməsi;
- İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkil edilməsində fəal surətdə iştirak edilməsi, həmçinin bu zaman vaxtın və xərclərin effektiv şəkildə idarə edilməsin təmin edilməsi;
- Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi, həmçinin bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
- İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi;
- İdarə Heyəti üzvünün tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyin göstərilməsi və s.
Sizdən nə tələb olunur?
- Təhsil: Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: 3 (üç) ilədək;
- Xarici dillər: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office proqramları.
Vakansiya haqqında
- Son tarix April 1, 2025
- Vakansiya növü Tam ştat