Korporativ İdarəetmə və Hesabatlılıq Şöbəsinin Mütəxəssisi

Korporativ İdarəetmə və Hesabatlılıq Şöbəsinin Mütəxəssisi

  • Deadline 12 Oktyabr 2025

Təsvir

  • İdarə Heyəti və Komitə iclaslarının təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;
  • Bankın İdarə Heyətinə və komitələrinə inzibati dəstəyin lazımi qaydada və vaxtı-vaxtında göstərilməsinin həyata keçirilməsi;
  • İdarə Heyətinin və komitə iclaslarının və qərarlarının şirkətin və requlyatorun müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsini və qəbul olunmasına nəzarət edilməsi;
  • Qərarvermə orqanlarının protokollarının vaxtı vaxtında bağlanılması, imzaya təqdim olunması və arxivləşdirilməsinə nəzarət edilməsi;
  • Katibi olduğu komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanması və icraya yönəldilməsi (həmçinin Komitə üzvlərinin imzası olmadan);
  • İdarə Heyətinin və komitələrin iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarması üzrə qərar verilməsi;
  • İdarə heyətinin və komitə iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması;
  • Şirkətin korporativ idarəetmə və katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə menecerə yardım edilməsi;
  • Bankın şöbə və departamentləri ilə İdarə Heyəti üzvləri arasında effektiv əlaqəni təmin etməkdə qrup rəhbərinə/şöbə rəhbərinə yardım edilməsi;
  • Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanması;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin qanunvericiliyə uyğunluğunu mütəmadi izlənilməsi lazım olduqda dəyişikliklərin edilməsi təşəbbüsünün göstəriməsi;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin hazırlanması və təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsinin təmin edilməsi məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq edilməsi;
  • Sənədlərin optimizasiyası, dərindən analizi normativ sənədlərin icrasının hesabatının hazırlanması.

Tələblər

  • Təhsil: bakalavr dərəcəsi (hüquq, iqtisadiyyat və ya idarəetmə);
  • Tələb olunan iş təcrübəsi: 1-2 il ;
  • Xarici dillər: İngilis, Rus ;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyat, faktorinq.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily33
  • Weekly706
  • Monthly1345