Korporativ idarəetmə və hesabatlılıq üzrə Assistent (şəxsi köməkçi)

  • Deadline 30 İyun 2024

İşiniz nədən ibarətdir?

  • İdarə Heyətinin müvafiq üzvünün gündəlik iş və görüşlərinin təşkilinin fəal surətdə idarə edilməsi və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsinin təmin edilməsi;
  • İdarə Heyətinin müvafiq üzvünün bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi;
  • Müvafiq kurasiya üzrə qərarların, tapşırıqların icrası barədə hesabatın verilməsi;
  • İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının (müştərilərin) müvafiq qaydada qarşılanması və hər zaman Bankın nüfuzunun yüksək şəkildə təqdim olunmasının təmin edilməsi;
  • Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstəyin göstərilməsi;
  • İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkil edilməsində fəal surətdə iştirak edilməsi, həmçinin bu zaman vaxtın və xərclərin effektiv şəkildə idarə edilməsin təmin edilməsi;
  • Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi, həmçinin bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
  • İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi;
  • İdarə Heyəti üzvünün tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: 3 (üç) ilədək;
  • Xarici dillər: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office proqramları.
  • Günlük144
  • Həftəlik591
  • Aylıq2310