Təsvir
- İdarə Heyəti və Komitə iclaslarının təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;
- Bankın İdarə Heyətinə və Komitələrinə inzibati dəstəyin lazımi qaydada və vaxtlı-vaxtında göstərilməsinin həyata keçirilməsi;
- İdarə Heyətinin və Komitə iclaslarının və qərarlarının şirkətin və requlyatorun müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsi və qəbul olunmasına nəzarət edilməsi;
- Qərarvermə orqanlarının protokollarının vaxtlı-vaxtında bağlanılması, imzaya təqdim olunması və arxivləşdirilməsinə nəzarət edilməsi;
- Katibi olduğu komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanması və icraya yönəldilməsi (həmçinin Komitə üzvlərinin imzası olmadan);
- İdarə Heyətinin və komitələrin iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərarların verilməsi;
- İdarə Heyətinin və Komitə iclaslarında qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarət və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması;
- Şirkətin korporativ idarəetmə və katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə dəstək göstərilməsi;
- Bankın şöbə və departamentləri ilə İdarə Heyəti üzvləri arasında effektiv əlaqəni təmin etməkdə Qrup / Şöbə Rəhbərinə dəstək göstərilməsi;
- Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanması;
- Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin qanunvericiliyə uyğunluğunun mütəmadi izlənməsi və lazım olduqda dəyişikliklərin edilməsi təşəbbüsünün göstərilməsi;
- Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin hazırlanması və təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi;
- Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq edilməsi;
- Sənədlərin optimizasiyası, dərindən analizi və normativ sənədlərin icrasının hesabatının hazırlanması;
- Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətlərin araşdırılması;
- Katibi olduğu komitələrin müzakirəsinə çıxarılmış məsələlərin müvafiq qərarvermə səlahiyyəti və limitinə uyğunluğunu təmin etməkdə Baş mütəxəssis və Qrup / Şöbə Rəhbərinə dəstək göstərilməsi;
- Qrup / Şöbə Rəhbərinə korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarə edilməsində fəal şəkildə dəstək olunması.
Tələblər
- Təhsil: Hüquq, İqtisadiyyat və ya İdarəetmə ixtisası üzrə Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il;
- Xarici dillər: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office proqramları;
- Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyatlar, faktorinq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.