Korporativ ve İnsitutsional Bankçılıq üzrə Kiçik Müştəri Meneceri

Korporativ ve İnsitutsional Bankçılıq üzrə Kiçik Müştəri Meneceri

  • Deadline 27 November 2025

Təsvir

  • Müştəri Meneceri ilə birgə potensial müştərilərin müəyyən edilməsi, bankın məhsul və xidmətlərinin (kredit, depozit, valyuta əməliyyatları, rəqəmsal həllər və s.) təqdim olunmasına və satış prosesinə dəstək göstərilməsi;
  • Bankın məhsul və xidmətləri, qiymət siyasəti və prosedurları barədə müvafiq biliklərə sahib olmaq və müştərilərə düzgün məlumat vermək;
  • Müştəri ödəniş müraciətlərinin və şikayətlərinin qeydiyyata alınması, müvafiq şöbələrlə əlaqələndirilərək icrasına nəzarət;
  • Müştərilərin rəsmi məktub müraciətlərinin icrasına nəzarət;
  • Müştəri Meneceri əlçatan olmadığı halda, müştəri ilə kommunikasiya və məlumat mübadiləsinin təmin edilməsi, daxil olan sorğuların müvafiq şöbələrə yönəldilməsi;
  • Bankın tələb etdiyi sənədlərin müştəridən toplanması, yoxlanılması və qeydiyyata alınması;
  • Müştəri şikayətlərinin qəbul edilməsi, səbəblərin təhlili və müvafiq şöbəyə ötürülməsi;
  • Müştərilərin fərdi hesabat tələblərinin (kredit, çıxarış və s.) hazırlanması və təqdim edilməsi;
  • Kredit və depozitlərin verilməsi prosesinə nəzarət, əməliyyatların vaxtında və düzgün icrasının təmin edilməsi;
  • Kredit təqdim olunması prosesində daxili şöbələrin koordinasiyası və icrasının sürətləndirilməsi;
  • Kredit təqdim olunmasından öncə və sonra sənədlərin dolğunluğunun və əlaqəli proseslərin icrasının izlənilməsi;
  • Təqdim edilmiş girovların rəsmiləşdirilməsi, yenilənməsi, və silinməsi ilə bağlı daxili proseslərə nəzarət;
  • Sığorta portfelinin idarə edilməsi və yenilənməsi ilə bağlı daxili proseslərin icrasına nəzarət;
  • Müştəri siyahılarının tərtib edilməsi, müvafiq şöbələrə təqdim edilməsi;
  • Daxili şöbələrin sorğularının cavablandırılması;
  • Müştəri Meneceri tərəfindən verilmiş tapşırıqların icrası, icra prosesinin izlənilməsi və nəticələr barəsində vaxtında geridönüş edilməsi.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-1 il;
  • Dil bilikləri: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Digər: Məhsul üzrə biliklər: Bank məhsulları.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily99
  • Weekly456
  • Monthly477