KOS Anderraytinqi şöbəsinin Mütəxəssisi

  • Deadline 1 İyul 2024

İşiniz nədən ibarətdir?

  • Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnmək;
  • Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək;
  • Sifariş edilən öhdəlikləyin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərar verici olaraq çıxış etmək;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasını təmin etmək;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, kredit reytinqlərini hesablamaq və müvafiq qərarı qəbul etmək;
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi səlahiyyəti və cavabdehliyi daşımaq;
  • Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq siqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
  • Kreditlərin Strukturlaşdırılması Departamenti tərəfindən daxil olmuş standard sifarişlər üzrə ehtiyat cədvəllərini yaratmaq və Kredit Kontrol departamenti tərəfindən təqdim olunan ehtiyat cədvəllərini yoxlamaq, müştərilərə düzgün ehtiyatları təsdiq etmək;
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqi tamamlamaq və vaxtında icra etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər:

  • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 2-4 il iş təcrübəsi
  • Lisenziya/ Sertifikat: Risk menecment, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası), CFA üzrə Sertifikatlara üstünlük verilir.
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
  • Kompüter bilikləri: Microsoft Office
  • İqtisadi/bazar bilikləri : Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması
  • Digər : Maliyyə sahəsi, bank qanunvericiliyi və regulyator tələblər üzrə biliklər. Maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
  • Günlük144
  • Həftəlik591
  • Aylıq2310