Kredit Risklərinin Anderraytinqi departamentinin Ənənəvi KOS şöbəsinin Bridge qrupunun Baş kredit risk anderrayteri

Kredit Risklərinin Anderraytinqi departamentinin Ənənəvi KOS şöbəsinin Bridge qrupunun Baş kredit risk anderrayteri

  • Deadline 30 İyul 2026

Təsvir

  • Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnmək;
  • Kredit təhlilinin aparılması üçün borcalandan müvafiq məlumatların alınması, verifikasiyası və buna uyğun olaraq yaranmış hər hansı sual, məqamların borcalan ilə dəqiqləşdirilməsi;
  • Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə düzgün strukturun verilməsini təmin etmək;
  • Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflər vermək;
  • Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış etmək;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanmasını həyata keçirmək, kredit reytinqini müəyyən etmək və müvafiq qərar vermək;
  • Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
  • Kredit Kontrol departamenti tərəfindən təqdim olunan müvafiq kredit reytinq cədvəllərinin yoxlanılması, müştərilərə düzgün kredit reytinqinin təsdiq olunması;
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üzrə  anderraytinqin operativ aparılması və vaxtında icra edilməsini həyata keçirmək;
  • Kreditləşmə prosesi üzrə daxili təlimat, struktur, yanaşma və proseslərin təkmilləşdirilməsi məsələlərini qaldırmaq və ya bu məsələlərə müvafiq rəylər vermək.

Tələblər

  • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsilinə üstünlük verilir;
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir;
  • Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) bilikləri olan şəxslərə üstünlük verilir.
  • Kompüter bilikləri: Microsoft Office, Internet Explorer;
  • İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olması arzu olunandır;
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily8
  • Weekly225
  • Monthly8