İşiniz nədən ibarətdir?
- Kredit itkisi modellərinin hazırlanmasına, rəsmiləşdirilməsinə, həyata keçirilməsinə və təkmilləşdirilməsinə dəstəyin verilməsi (ECL, roll rate və s.);
- Müştərilər üzrə ehtiyatlanmanın analiz olunmasına dəstəyin göstərilməsi, digər struktur bölmələr ilə mütəmadi kommunikasiyaların aparılması;
- Bazardakı kredit riskləri trendlərinin izlənməsi və məlumatın həmkarlarla və rəhbərliklə paylaşmasına dəstək edilməsi;
- Kredit portfelinin auditi zamanı daxili və xarici audit komandaları ilə mütəmadi iş birliyinin təmin olunması və sorğuların analiz olunaraq vaxtında cavablandırılmasına dəstəyin göstərilməsi və s.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Xarici dil: İngilis dili (səlis);
- Kompüter bilikləri: Microsoft Office.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.