İşiniz nədən ibarətdir?
- Kredit portfelinin ehtiyatlanmasının optimum vəziyyətə gətirilməsi, ehtiyac yarandığı təqdirdə təklif olunmuş əlavə və düzəlişlərin dəstəklənməsi;
- Müştərilər üzrə ehtiyatlanmanın analiz olunması, digər struktur bölmələr ilə mütəmadi kommunikasiyaların aparılması, lazımi göstərişlərin verilməsi;
- Kredit portfelinin auditi zamanı daxili və xarici audit komandaları ilə mütəmadi iş birliyinin təmin olunması və sorğuların analiz olunaraq vaxtında cavablandırılmasına dəstəyin göstərilməsi;
- Bazardakı kredit riskləri trendlərinin izlənməsi və məlumatın həmkarlarla və rəhbərliklə paylaşması;
- Sağlam tənzimləyici mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və təkliflərin verilməsi;
- Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən az 2 il iş təcrübəsi;
- Xarici dil: İngilis dili (səlis);
- Kompüter bilikləri: Microsoft Office;
- Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir;
- Bazar üzrə biliklər: Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq;
- Başqa tələblər: IFRS 9 yanaşmasının ehtiyatlanmaya təsiri barədə məlumatlı olmaq arzu olunandır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.