Təsvir
- Vergi qanunvericiliyinə və bankın daxili siyasətlərinə uyğun olaraq vergi uçotunu və hesabatlarını aparmaq.
- Vergi hesabatlarının hazırlanması və vaxtında müvafiq orqanlara təqdim olunmasını təmin etmək.
- Vergi orqanları, auditorlar və digər müvafiq təşkilatlarla əlaqələri idarə etmək.
- Mühasibatlıq və vergi ilə bağlı biznes bölmələrinə məsləhət və metodik dəstək göstərmək.
- Vergi risklərini vaxtında müəyyən etmək, risklərin azaldılması üçün tədbirlər görmək.
- Vergi üzrə audit yoxlamalarında iştirak etmək və müvafiq məlumatları təqdim etmək.
- Maliyyə dövrünün bağlanması prosesində iştirak etmək, proseslərin optimallaşdırılmasına töhfə vermək.
- Əl işlərinin avtomatlaşdırılması və ERP sistemlərinin vergi modullarının tətbiqində iştirak etmək.
- Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və bankın müvafiq bölmələrini vaxtında məlumatlandırmaq.
- Vergi planlaşdırması üzrə strategiyaların hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək.
- Daxili audit komandası ilə əməkdaşlıq edərək, vergi ilə bağlı daxili nəzarətlərin gücləndirilməsini təmin etmək.
- Vergi məcəlləsinin tələblərinə uyğun olaraq transfer qiymətləndirmələri üzrə dəstək göstərmək.
- Vergi öhdəliklərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Xarici və yerli vergi məsləhətçiləri ilə əlaqələri idarə etmək və onların tövsiyələrini qiymətləndirmək.
- Vergi ödənişlərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək.
- Vergi mübahisələri və ya iddialarla bağlı məsələlərdə hüquq şöbəsi ilə birlikdə iş aparmaq.
- Vergi ilə bağlı təlimlərin təşkili və işçilərin maarifləndirilməsi prosesində iştirak etmək.
- Daxili müştərilərlə əlaqələrin qurulması.
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barədə dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənmənin qarşısını alan qaydada işləmək.
Tələblər
- Təhsil: İqtisadiyyat, Mühasibatlıq, Hüquq və ya əlaqəli sahələr üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il
- Lisenziya / Sertifikat: CTA (Chartered Tax Advisor)/ACCA/PMS -arzu olunandır
- Xarici dillər: Rus, İngilis (yaxşı)
- Kompüter bilikləri: MS Office proqramları
- Başqa tələblər: Vergi qanunvericiliyi və mühasibatlıq standartları haqqında dərin biliklər.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.