Təsvir
- Layihələrin başlanmasından tamamlanmasına qədər bütün layihə fəaliyyətlərinin hərtərəfli planlanması, təşkili və monitorinqi üzrə işlərin aparılması
- Resursları səmərəli şəkildə bölüşdürərək, layihənin əhatə dairəsinə, büdcəsinə və son tarixlərinə riayət olunmasına dəstək
- Layihələrin təhlili üzrə analitik məlumatların toplanması, analiz edilməsi və rəy bildirilməsi üçün məlumatlar hazırlamaq
- Maraqlı tərəflərin, o cümlədən müştərilər və daxili şöbələrin tələblərini başa düşmək, narahatlıqları həll etmək və layihənin məqsədlərinə uyğunluğu təmin etmək
- Maraqlı tərəfləri məlumatlandırmaq, hər hansı problem və ya narahatlığı vaxtında və şəffaf şəkildə həll etmək üçün müntəzəm status hesabatların təqdim edilməsi
- Təkmilləşdirmə imkanlarını müəyyən etmək üçün layihə performansını (Project Performance) və öyrənilən dərsləri (Lessons Learned) mütəmadi olaraq qiymətləndirmək
- Layihə idarəedilməsi və monitorinqi ilə bağlı təlimatların hazırlanması və dəyişdirilməsi.
- Proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsinə dəstək
- Proseslərdə inkişaf imkanlarını müəyyən etmək məqsədilə bençmarkların müəyyən edilməsi
- Keçirilən layihələrin monitorinq planına əsasən yoxlamaların aparılması
- Dəyişikliklər barədə qərarın verilməsi üçün tələb olunan məlumatın toplanması
- Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması
- Görülən işlərin qeydiyyatın aparılması və təqdimatların hazırlanması
Tələblər
- Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi:Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Texniki səriştələr: PMP, Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir
- Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
- Dil bilikləri: İngilis dili (səlis), Rus (səlis)
- Kompüter bilikləri:Microsoft Office, MS Project
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.