Monitorinq, analitika və optimallaşdırma üzrə mütəxəssis

  • Истекает 5 март 2026

Təsvir

  • Layihələrin başlanmasından tamamlanmasına qədər bütün layihə fəaliyyətlərinin hərtərəfli  planlanması, təşkili və monitorinqi üzrə işlərin aparılması
  • Resursları səmərəli şəkildə bölüşdürərək, layihənin əhatə dairəsinə, büdcəsinə və son tarixlərinə riayət olunmasına dəstək
  • Layihələrin təhlili üzrə analitik məlumatların toplanması, analiz edilməsi və rəy bildirilməsi üçün məlumatlar hazırlamaq
  • Maraqlı tərəflərin, o cümlədən müştərilər və daxili şöbələrin tələblərini başa düşmək, narahatlıqları həll etmək və layihənin məqsədlərinə uyğunluğu təmin etmək
  • Maraqlı tərəfləri məlumatlandırmaq, hər hansı problem və ya narahatlığı vaxtında və şəffaf şəkildə həll etmək üçün müntəzəm status hesabatların təqdim edilməsi
  • Təkmilləşdirmə imkanlarını müəyyən etmək üçün layihə performansını (Project Performance) və öyrənilən dərsləri (Lessons Learned) mütəmadi olaraq qiymətləndirmək
  • Layihə idarəedilməsi və monitorinqi ilə bağlı təlimatların hazırlanması və dəyişdirilməsi.
  • Proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsinə dəstək
  • Proseslərdə inkişaf imkanlarını müəyyən etmək məqsədilə bençmarkların müəyyən edilməsi
  • Keçirilən layihələrin monitorinq planına əsasən yoxlamaların aparılması
  • Dəyişikliklər barədə qərarın verilməsi üçün tələb olunan məlumatın toplanması
  • Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması
  • Görülən işlərin qeydiyyatın aparılması və təqdimatların hazırlanması

Tələblər

  • Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi:Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Texniki səriştələr: PMP, Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir
  • Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
  • Dil bilikləri: İngilis dili (səlis), Rus (səlis)
  • Kompüter bilikləri:Microsoft Office, MS Project

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily9
  • Weekly670
  • Monthly677