Mühasibatlıq və Vergi üzrə Mütəxəssis (Müvəqqəti)

  • Deadline 19 Fevral 2026

İşiniz nədən ibarətdir?

  • Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);
  • Maliyyə uçotu siyasətinin düzgün həyata keçirilməsi;
  • Mühasibat və vergi məsələləri üzrə metodik dəstək, mühasibat qaydalarının araşdırılması, biznes vahidlərinə müvafiq məsləhətlərin verilməsi;
  • Maliyyə dövrünün bağlanması vaxtını azaltmaq üçün prosesin təkmilləşdirilməsi və onun icrası;
  • Xarici auditorların illik audit və yarım illik İFRS hesabatının yoxlamasında dəstək edilməsi;
  • Bankın gəlir və xərclərinin düzgün və vaxtında tanınmasının təmin edilməsi;
  • Bütün audit yoxlamalarında iştirak, sorğuların cavablandırılması, tələb olunan məlumatın təqdim edilməsi;
  • İnsan səhvini azaltmaq üçün əl işlərinin avtomatlaşdırılması prosesində şöbə rəhbərinin dəstəklənilməsi;
  • Daxili müştərilərlə əlaqələrin qurulması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il və yaxud 3-5 il bank təcrübəsi;
  • Lisenziya / Sertifikat: ACCA - arzu olunandır;
  • Xarici dillər: Rus, İngilis (yaxşı);
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Başqa tələblər: Vergi məcəlləsi (təməl biliklər), Mərkəzi Bankın tələbləri (orta səviyyədə).

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily16
  • Weekly146
  • Monthly1578