İşiniz nədən ibarətdir?
- SAP HRMS sisteminə daxil edilən aylıq məlumatların aylıq əsasda yoxlanılması, həmçinin müxtəlif mənbələrdən əldə edilən məlumatların (işə qəbul, təlim və s.) ilkin emalı, yoxlanılması və təmiz data halına gətirilməsi;
- İR əməliyyatlarına dair hesabatların verilməsi (daxili və xarici);
- İR əməliyyatı proseslərinin, prosedur və qaydaların hazırlanması, təkrar nəzərdən keçirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması;
- Hesabatların yenidən hazırlanması, avtomatlaşdırılması, manual işin azaldılması məqsədii ilə Bİ sistemi və digər SAP HRMS sistemində hesabatların qurulması və düzgünlüyünün təmin edilməsi;
- Dataların analiz edilməsi, uyğunsuzluqların (gap) analizi və müvafiq olaraq rəhbərliyə hesabatların verilməsi;
- İllik büdcə planlamasının daxili qaydalara əsasən hazırlanması, ötən illərin məlumatlarının analiz edilməsi və müvafiq olaraq növbəti il üçün büdcə təklifinin verilməsi;
- Hesabatların hazırlanması zamanı hesablamaların aparılması, fərqli mənbələrlə yenidən yoxlanılması (cross check);
- Məlumatların (SAP HRMS və digər sistemlərdən əldə edilən) məxfiliyinin qorunması və digər əməkdaş\strukturlarla bölüşməməsinə birbaşa cavabdehlik daşınılması;
- Audit yoxlaması və ya digər yoxlama zamanı daxil olan sorğuların vaxtında cavablandırılması, sorğu edilmiş məlumatların daxili qaydalara əsasən təqdim edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: Ali təhsil (bakalavr);
- Tələb olunan iş təcrübəsi: 3-5 il;
- Xarici dillər: Rus, İngilis dili (üstünlük verilir);
- Kompüter bilikləri: MS ofis proqramları, Power BI (üstünlük verilir);
- Başqa tələblər: Əmək məcəlləsi, HR metrikalar.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.