İşiniz nədən ibarətdir?
- Bankın daxili strukturları və müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması, sənədlərə vaxtaşırı nəzarət;
- Sazişlərin icrası prosesinin sürətləndirilməsi, lazımi təsdiqlərin alınmasına, əlaqəli şöbələrin son tarixə riayətinə nəzarət;
- Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının (depozitlər, pul vəsaitlərinin daxil olması) məbləği üzrə minimal kredit dövriyyəsinin tələblərə uyğunluğunun yoxlanılması;
- Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət;
- İnzibati dəstək (xərclər hesabatının hazırlanması, ezamiyyətlərin təşkili və s.).
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
- Təcrübə: 0-1 il
- Xarici dil: İngilis və rus dili biliyi arzu ediləndir
- Kompüter bilikləri: "Microsoft Office" proqramları
- Məhsul üzrə biliklər: Bank məhsulları