İşiniz nədən ibarətdir?
- Əmək haqqı bank hesabı açmış müştərilərin qaydalara, daxili proses və göstərişlərə, skript və təlimatlara uyğun olaraq video zəng ilə verifikasiya prosesinin icra edilməsi;
- Xarici müştərilərə peşəkar xidmətin göstərilməsi,müştəri məmnunluğunun təmin edilməsi,müştəri sorğularının peşəkar səviyyədə cavablandırlması;
- Uyğunsuzluqların aşkarlanması zamanı aradan qaldırılması üçün tədbirlərin görülməsi,müvafiq qaydada birbaşa rəhbərin və ya rəhbərlərin və əlaqəli strukturların məlumatlandırılması;
- Daxil olan şikayətlərin idarə olunması, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanılması, müştəri məmnunluğunu təmin etmək üçün müştəri ilə bağlı hər hansı problemli halların həlli istiqamətində təkliflərin verilməsi;
- Aidiyyatı üzrə müvafiq hesabatlarının hazırlanması;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-2 il
- Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yüksək səviyyədə)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Başqa tələblər: güclü şifahi və yazılı ünsiyyət bacarığı, motivasiya bacarığı, nəticə yönümlülük, müştəri yönümlülük , komandada işləmə bacarıqları
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.