Təsvir
- Satış texnikası üsüllarından səmərəli istifadə edilməklə yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərə fərdi yanaşma tətbiq edərək yeni aktivlərin cəlb edilməsinin və sabit artımın təmin edilməsi;
- Yüksək gəlir sahibi olan müştərilərin fərdi bank məhsulları ilə təmin edilməsi;
- Müştərilərin gündəlik sorğu və ehtiyaclarının müəyyən edilməsi və qarşılanması;
- Müştərilərə fərdi yanaşma tətbiq etməklə yüksək qəlirlilik əldə etmək;
- Zəruri hallarda müvafiq departamentə istinad etməklə bank qaydalarının, prosedurlarının, siyasətinin və normativ tövsiyələrinin öz fəaliyyətində daima istifadə edilməsi;
- Müştərilərin maksimum məmnunluğunu təmin etmək üçün yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi;
- Müştərilər haqqında məlumatın mühafizə edilməsi və məlumatın məxfiliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsi;
- Analitik alətlərdən istifadə etməklə müştəri aktivləri portfelinin qiymətləndirilməsi;
Tələblər
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 2- il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
- Bazar üzrə biliklər: bank qanunvericiliyi, bazar tendensiyaları
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat