Əsas vəzifə öhdəlikləri
- Özəl Bankçılıq üzrə Satış komandasının ehtiyaclarının və yeni satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştərilərlə əlaqələrin inkişaf etdirilməsinin təmin edilməsi;
- Müəyyən edilmiş səlahiyyət və limitlər çərçivəsində Satış Şöbəsinin satış fəaliyyəti və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) nəzarət edilməsi;
- Satış Şöbəsinin əməliyyat bölmələrinin Özəl Bankçılıq BM tərəfindən hazırlanmış metodologiyalara uyğun fəaliyyət göstərməsinə nəzarət edilməsi;
- Bankın siyasət, qayda, prosedur və standartlarına uyğun olaraq komanda üzvlərinin (RM-lərin) fəaliyyətinin effektivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;
- Bankın müəyyən etdiyi xidmət standartlarına riayət olunmasının təmin edilməsi;
- Zərurət yarandıqda bank məhsulları və xidmətləri üzrə müştərilərə məsləhət və dəstəyin göstərilməsi;
- Müştərilərlə keçirilən görüşlərin, aparılan müzakirələrin və yazışmaların müvafiq qaydada sənədləşdirilməsinin təmin edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi, əsaslandırılmış müştəri şikayətlərinin operativ araşdırılması və müvafiq tədbirlərin vaxtında görülməsi;
- Satış komandasına yeni əməkdaşların seçilməsi və işə qəbulu prosesində iştirak edilməsi, yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili;
- İmza səlahiyyətləri çərçivəsində müvafiq sənədlərin yoxlanılması və imzalanması, ABS sistemində müəyyən edilmiş limitlər daxilində əməliyyatların və dəyişikliklərin təsdiqlənməsi;
- Bankın digər struktur bölmələri ilə effektiv əməkdaşlığın təmin edilməsi;
- Strateji əhəmiyyətli əsas müştərilər portfelinin birbaşa idarə edilməsi, mürəkkəb müştəri məsələlərinin həllində müştəri menecerlərinə dəstək göstərilməsi;
- Satış imkanları portfelinin (sales pipeline) idarə edilməsi, həftəlik satış görüşlərinin təşkili, satış proqnozlarının və müvafiq hesabatların Şöbə rəhbərinə vaxtında təqdim edilməsi;
- Daxili və xarici audit, eləcə də tənzimləyici orqanlar tərəfindən irəli sürülən tələb və sorğuların vaxtında və müvafiq qaydada icrasının təmin edilməsi;
- Bütün fəaliyyət və əməliyyatların bankın komplayns tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi;
- Zərurət yarandıqda səlahiyyətləri çərçivəsində müqavilələrin, gündəlik əməliyyat sənədlərinin, rəsmi yazışmaların və digər müvafiq sənədlərin yoxlanılması və imzalanması;
- Birbaşa tabeliyində olan əməkdaşların davamlı inkişafının və kouçinqinin təmin edilməsi, onların fəaliyyətinin illik və yarımillik əsasda qiymətləndirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Tələb olunan bilik, bacarıq və təcrübə
- Təhsil: İqtisadiyyat, maliyyə, bank işi və ya digər müvafiq sahələr üzrə ali təhsil (bakalavr dərəcəsi);
- İş təcrübəsi: Bankçılıq, satış və ya digər müvafiq sahələr üzrə minimum 3–5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Kompüter bilikləri: Microsoft Office proqramlarında (Excel, Word) sərbəst işləmək bacarığı;
- Bank məhsulları və prosedurlar üzrə biliklər: Bankın məhsul və xidmətləri, müvafiq daxili siyasət və prosedurlar, eləcə də bank fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
- Bazar bilikləri: Özəl bankçılıq bazarı və yüksək gəlirli müştərilər seqmenti, rəqib bankların məhsul və xidmət təklifləri, yerli və beynəlxalq kapital bazarları, həmçinin Azərbaycan Mərkəzi Bankının müvafiq tənzimləyici tələbləri barədə biliklər;
- Liderlik və idarəetmə bacarıqları: Komandanın idarə edilməsi və inkişaf etdirilməsi, əməkdaşların istiqamətləndirilməsi və kouçinqi, effektiv qərarvermə və nəticəyönümlü idarəetmə bacarıqları;
- Analitik və peşəkar bacarıqlar: Güclü analitik düşünmə, hesabatların hazırlanması, problemlərin həlli, innovativ yanaşma və davamlı inkişaf bacarıqları;
- Ünsiyyət və müştəri münasibətləri: Güclü kommunikasiya və danışıqlar aparmaq, münaqişələri effektiv idarə etmək, uzunmüddətli müştəri münasibətləri qurmaq və müştəriyönümlü yanaşma bacarıqları;
- Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq, nəticəyönümlülük, peşəkar etik prinsiplərə sadiqlik və məxfiliyin qorunmasına həssas yanaşma.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.