Təsvir
- Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnməsi;
- Kredit təhlilinin aparılması üçün rəqəmsal KOS üzrə borcalandan müvafiq məlumatların alınması, verifikasiyası və buna uyğun olaraq yaranmış hər hansı sual, məqamların borcalan ilə dəqiqləşdirilməsi;
- KOS rəqəmsal kreditləşmə və skorinq modellər ilə bağlı kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqinin təmin edilməsi və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflərin verilməsi;
- Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış edilməsi;
- Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət edilməsi;
- Kredit ərizələri üzrə olunan kredit reytinq cədvəllərinin hazırlanması, müştərilərə düzgün kredit reytinqinin təsdiq olunması;
- Müvafiq sahə üzrə daxili təlimat, çərçivə sənədləri, struktur, alət və proseslərin təkmilləşdirilməsi məsələlərinin qaldırılması və ya bu məsələlərə müvafiq rəylərin verilməsi.
Tələblər
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- İş təcrübəsi: Kredit, Risk, Bank, Maliyyə təhlili və ya müvafiq iqtisadi sahə üzrə minimum 2-4 il iş təcrübəsi olanlara üstünlük verilir;
- Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir;
- Kompüter bilikləri: Microsoft Office;
- İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olmaq üstünlükdür;
- Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.