Təsvir
- Rəqəmsal Kreditləşmə (Kiçik və Orta Sahibkarlıq üzrə), Pərakəndə Bankçılıq, Özəl Bankçılıq və Skorinq Modellər üzrə kredit sifarişlərinə baxılması, kredit risklərinin anderraytinqinin təmin edilməsi və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflərin verilməsi
- Kredit sifarişləri üzrə borcalanla və Bankın müvafiq daxili strukturları ilə peşəkar ünsiyyətin qurulması, məlumatların alınması və verifikasiyası
- Ötürülmüş səlahiyyətlər çərçivəsində kredit sifarişləri ilə bağlı rəy və ya qərarın verilməsi, icrasına nəzarət edilməsi
- Kredit sifarişləri üzrə müvafiq ərizə formalarının doldurulması və kredit reytinq cədvəllərindən istifadə edərək, kredit reytinqinin təyin olunması
- Funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Tələblər
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- İş təcrübəsi: Biznes kreditləri, maliyyə təhlili və risk sahələrində minimum 2 il iş təcrübəsi
- Lisenziya/ Sertifikat: Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatın (ACCA və s.) olması üstünlükdür.
- Xarici dil: ingilis dili (səlis) və rus dili (orta) bilikli namizədlərə üstünlük verilir.
- Kompüter bilikləri: Microsoft Office
- Digər: Bank qanunvericiliyi və requlyator tələblərlə bağlı biliklər
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.